ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
UFC döyüşçüsü Camal Hillin İsrail-İran gərginliyindən yaranan mövcud hala görə təyyarəyə minməkdən qorxduğu məlum olub.
Oxu.Az xəbər verir ki, Camal Hillin olduğu təyyarə bu gün saat 12:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş etməli idi.
Sonra eniş vaxtı 15:35-ə təxirə salınıb.
Qeyd olunan vaxtda Bakıya eniş edən təyyarədə Hill olmayıb.
Xatırladaq ki, iyunun 21-də ilk dəfə Bakıda təşkil olunacaq "UFC Fight Night"da gecənin əsas qarşılaşması yarımağır çəki çempionu Camal Hill ilə Xalil Rauntri arasında planlaşdırılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.