Bu gün günorta saatlarında Təbriz Hava Limanı yaxınlığında güclü partlayış baş verib.
Qeyd edək ki, İsrailin İrana endirdiyi zərbələr nəticəsində ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Hüseyin Salami və Ali Rəhbər Seyid Əli Xameneinin müşaviri Əli Şamxani həlak olub.