AZ

TŞ katibi Ərdoğan-Paşinyan görüşünü inkar etmədi

Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Nikol Paşinyanın yaxın vaxtlarda prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gedəcəyini inkar etməyib.

Yenisabah.az “Azadlıq” radiosuna istinadla xəbər verir ki, qurum rəsmisi görüşün gündəliyini açıqlamayıb.

Armen Qriqoryan səfərin tarixini də dəqiqləşdirməyib və bildirib ki, bu barədə məlumatı baş nazirin dəftərxanası verəcək.

İyunun 5-də baş nazir Paşinyan Türkiyə prezidenti Ərdoğanla telefon danışığı aparıb.

Onlar Ermənistan-Türkiyə münasibətləri və regional hadisələrlə bağlı məsələləri müzakirə edib, dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.


Telegram kanalımız
Seçilən
25
2
yenisabah.az

4Mənbələr