AZ

Murrill göbələk kulturalarından əldə edilən ikincili metabolitlərin katalizator kimi istifadə imkanları öyrənilib

Bakı, 13 iyun, AZƏRTAC

Botanika İnstitutu və Pakistanın Karaçi şəhərindən Panjvani Molekulyar Tibb və Dərman Tədqiqatları Mərkəzi, H.E.J. Tədqiqat Kimya İnstitutu, Beynəlxalq Kimya və Biologiya Elmləri Mərkəzi və Lahor şəhərindən Molekulyar Biologiya və Biokimya İnstitutunun əməkdaşlarının birgə səyi nəticəsində Azərbaycanda meşə ağaclarında bitən Laetiporus sulphureus (Bull.) Murrill göbələk kulturalarından əldə edilən ikincili metabolitlər və onların döş xərçəngi dərmanı eksemestanının biotransformasiyası üçün katalizator kimi istifadə imkanları öyrənilib və nəticələr istinad əmsalı 4.3 və impakt faktoru 2.4 olan “STEROIDS” jurnalında dərc olunub.

Botanika İnstitutundan AZƏRTAC-a bildirilib ki, hazırda bəzi göbələklərdən dadına və müxtəlif vacib vitaminlərin, mineralların və ikincili metabolitlərin mövcudluğuna görə aşağı kalorili qida əlavələri kimi istifadə olunur. Eyni zamanda, onların bəziləri müalicəvi əhəmiyyətə malikdir və ənənəvi tibdə istifadə olunur.

Seçilən
3
1
azertag.az

2Mənbələr