AZ

Artıq suların istifadəsi ilə bağlı inzibati xətalara Dövlət Su Ehtiyatları Agentliyi baxacaq

BAKI, 13 iyun. TELEQRAF

Əvvəllər suların istifadəsi və mühafizəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə bundan sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi baxacaq.

Teleqraf xəbər verir ki, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş 13 inzibati xəta üzrə ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin regional bölmələrinin əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə, 10 inzibati xəta ilə bağlı isə inzibati xəta haqqında protokol tərtib edilməklə yanaşı həm xidmət və regional bölmələr müvafiq qərarlar qəbul edəcək.

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanovun regional bölmələrin nümayəndələri ilə görüşündə bildirib ki, prezidentin müvafiq fərmanına əsasən İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan 23 inzibati xəta üzrə səlahiyyətlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ötürülüb.

Seçilən
59
3
teleqraf.com

10Mənbələr