AZ

“Bakı Fond Birjası” və onun məsul şəxslərii cərimələnib - NÖQSANLAR AŞKARLANIB

Mərkəzi Bank “Bakı Fond Birjası” QSC-nin və onun məsul şəxslərinin inzibati məsuliyyətə cəlb olunması barədə məlumat yayıb.

Məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Bakı Fond Birjası” QSC-də aparılmış hərtərəfli yoxlamalar çərçivəsində aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müəyyən edilmiş tədbirlərin vaxtında icra edilməməsinə görə “Bakı Fond Birjası” QSC İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə əsasən Bakı Şəhər Yasamal Rayon Məhkəməsi tərəfindən 6000 manat məbləğində, BFB-nin vəzifəli şəxsi isə Mərkəzi Bank tərəfindən 1500 manat məbləğində cərimələnmişdir.

Bundan əlavə, BFB-də qiymətli kağızların ticarətə qəbulu, listinqə alınması, listinqdə saxlanılması və delistinqi Qaydalarının pozulmasına görə BFB-nin listinq komitəsinin sədrinə İnzibati Xətalar Məcəlləsinin 416.0.7-ci maddəsinə əsasən 700 manat məbləğində cərimə tətbiq edilmişdir.

Seçilən
48
11
marja.az

6Mənbələr