AZ

Pezeşkian: İsrail komandirlər və nüvə alimlərimizin həyatına son qoyub

BAKI, 13 iyun. TELEQRAF

“İsrailin gecə saatlarında İrana hücumu mülki şəxslərlə yanaşı, hərbi komandirlərin və nüvə alimlərinin də həyatına son qoyub”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian xalqa müraciətində deyib.

“İslam Respublikası region və dünyada sülhün qorunması üçün hər zaman maksimum səy göstərib və dünyanı sülhməramlı səylərini təmin etmək üçün dialoqa hazır olduğunu sübut edib, təcavüzə cavab vermək və xalqın ərazi bütövlüyünü qorumaq üçün qətiyyətlə hərəkət edəcək”, - prezident bildirib.

M.Pezeşkian İran xalqını birləşməyə, ölkənin bu şərtlərin mümkün qədər tez aradan qaldırılması üçün dövlətə kömək etməyə çağırıb:

“Mən İran xalqını əmin edirəm ki, İslam Respublikası hökuməti tam sədaqətlə xalqa xidmət etməyə davam edəcək və gündəlik həyat fasiləsiz davam edəcək”.

Seçilən
47
teleqraf.com

1Mənbələr