AZ

6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”nə dair brifinq keçirilib

Bakı. Trend:

Sərgidə 300-ə yaxın yerli şirkətin məhsulları, yenibrendlər, istehsal və xidmət sektorları üzrə texnologiyalar təqdimediləcəkdir.

“Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin(KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə 6-cı “Yerlişirkətlərin tanıtım sərgisi”nə həsr olunmuş brifinq keçirilib.

Tədbirdə KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini SamirHümbətov və “Marsol Group”un təsisçisi Tural Mustafayev sərgininməqsədi, təqdim olunacaq yeniliklər barədə ətraflı məlumat verib,media nümayəndələrinin suallarını cavablandırıblar.

Qeyd edilib ki, 18-21 iyun tarixlərində Bakı Ekspo Mərkəzindəkeçiriləcək “Yerli şirkətlərin tanıtım sərgisi” artıq 6 ildir ki,yerli şirkətlərin məhsul və xidmətlərinin təqdim edildiyi ən böyükplatformalardan biridir. Məqsəd yerli şirkətlərin məhsul vəxidmətlərini, xüsusilə də ilk dəfə bazara çıxarılacaq brendlərigeniş ictimaiyyətə tanıtmaq, xarici bazarlara çıxış imkanlarınıartırmaq və biznes subyektləri arasında qarşılıqlı faydalıəməkdaşlıqları təşviq etməkdir. Builki sərgidə qida, İKT, təhsil,inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digərsahələrdə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkət iştirakedəcək. Əvvəlki illərdəki sərgilərdən fərqli olaraq builki sərgidədaha çox şirkət iştirak edir. Sərgidə texnoloji yeniliklər, yenibrendlər, ekoloji təmiz və dayanıqlı istehsalı dəstəkləyənşirkətlərin iştirakına üstünlük verilib. Sahibkarların müraciətlərivə ziyarətçilərin marağı nəzərə alınaraq bu il sərgi 4 gün davamedəcək. Bu il ilk dəfə olaraq mikro və kiçik sahibkarların irişirkətlərlə əlaqələrinin genişləndirilməsi və onların təchizatzəncirində iştirakının artırılması məqsədilə KOB-ların irişirkətlərin rəhbərləri ilə “B2B” formatlı görüşlərinin təşkilinəzərdə tutulur.

Eyni zamanda, KOBİA tərəfindən mikro və kiçik bizneslərə dəstəkməqsədilə sərgidə KOB-lar üçün ödənişsiz stend də qurulub.

Brifinqdə vurğulanıb ki, sərgi təkcə yerli məhsulların nümayişiüçün deyil, həm də Azərbaycan məhsullarının ixracına, xaricitərəfdaşlarla əlaqlərin qurulmasına xidmət edəcək. Bu məqsədləsərgiyə xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən ticarətpalataları, biznes assosiasiyaları dəvət olunub.

Yerli şirkətlər üçün sərgini əhəmiyyətli edən məhsul vəxidmətlərini geniş auditoriyaya tanıtmaq, yeni əməkdaşlıqlar qurmaqvə müqavilələr imzalamaq, istehlakçıların fikirlərini öyrənərəkməhsullarını təkmilləşdirmək, satışı artırmaq imkanı əldəetmələridir.

Ziyarətçilər isə sərgidə geniş çeşiddə yerli istehsalməhsullarını bir arada görmək, yeni xidmətlər və texnologiyalarlaəyani tanış olmaq, yerli məhsulların, xüsusilə də bazara ilk dəfəçıxarılan məhsulların dadına baxmaq, təqdimatlarda iştirak etmək,istehlak etdikləri yerli məhsulların istehsalçıları ilə görüşərəkonları maraqlandıran məsələlərlə bağlı sahibkarlarla fikirmübadiləsi aparmaq imkanı əldə edəcəklər.

Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir. Sərgi ilə bağlıətraflı məlumat və ziyarətçi qeydiyyatı üçün: https://ebiletstore.com/event/6-ci-yerli-sirketlerin-tanitim-sergisi

Sərgi iştirakçıları və ziyarətçiləri üçün 18-21 iyuntarixlərində, saat 10:00-16:30 aralığında hər iki istiqamətdəödənişsiz avtobus marşrutu (“Koroğlu” metro stansiyasından (HeydərƏliyev prospekti, “Alov” parkı çıxışı) xidmət göstərəcək. Ödənişsizavtobusların üzərində “Yerli şirkətlərin tanıtım sərgisi” qeydediləcək.

"Kapital Bank"ın rəsmi tərəfdaşlığı ilə keçiriləcək sərginin builki tərəfdaşları Dövlət Məşğulluq Agentliyi, Azərbaycan DövlətReklam Agentliyi və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasıdır(İCMA).

Qeyd edək ki, “Yerli şirkətlərin tanıtım sərgisi” 2019-cu ildənetibarən keçirilir. 2024-cü ildə keçirilmiş sərgiyə 22 minə yaxınziyarətçi qatılıb.

Məqalədə:
Seçilən
12
8
az.trend.az

9Mənbələr