İsrail İrana qarşı növbəti hücum dalğası çərçivəsində Natanzdakı nüvə obyektinə yenidən zərbə endirib.
Bu barədə 7News.Az İsrailin 12-ci kanalına istinadən xəbər verir.
Öz növbəsində, "NourNews” agentliyi İranın qərbində yerləşən Kirmanşah əyalətinin Qəsr-e Şirin və Kəngavər şəhərlərinə zərbələr endirildiyi barədə məlumat yayıb.
14:07
İsrail mətbuatı rəsmi Tel-Əvivin İrana qarşı hücumlarının yeni dalğası barədə məlumat yayıb.
Bu barədə 7News.Az İsrailin 12-ci kanalına istinadən xəbər verir.
Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri Təbriz hava limanına və Şirazda raket istehsalı zavoduna zərbə endirib.
13:24
İranın Təbriz şəhərinin ətrafında yenidən partlayış səsləri eşidilib.
Bu barədə İranın "Mehr” xəbər agentliyi məlumat yayıb.
Qeyd olunub ki, İsrail Təbriz aeroportuna zərbə endirib.