AZ

Ərdoğan İsrailin İrana hücumunu pislədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İrana hücumları ilə bağlı açıqlamalar verib.

Ölkə.Az Türkiyə mətbuatına istinadla xəbərlər verir ki, hücumlara görə, o, İsraili qınayıb:

“İsrail bölgəmizi, xüsusilə Qəzzanı qan, gözyaşı və qeyri-sabitliyə boğmaq strategiyasını bu səhərdən etibarən çox təhlükəli həddə çatdırdı.
İsrailin qonşumuz İrana hücumları beynəlxalq hüquqa məhəl qoymayan açıq-aşkar təxribatdır.

İranın nüvə proqramı ilə bağlı danışıqların intensivləşdiyi və Qəzzanı hədəf alan qeyri-insani hərəkətlərə qarşı beynəlxalq təzyiqlərin artdığı bir vaxtda həyata keçirilən bu hücumlar İsrailin qayda pozan zehniyyətini nümayiş etdirir.

Netanyahu administrasiyası ehtiyatsız, aqressiv və qanunsuz hərəkətləri ilə bölgəmizi və bütün dünyanı fəlakətə sürükləməyə çalışır.

Beynəlxalq ictimaiyyət indi qlobal və regional sabitliyi hədəf alan İsrail quldurluğuna son qoymalıdır. Netanyahunun və onun qırğın şəbəkəsinin bütün bölgəmizi oda atan hücumlarının qarşısı alınmalıdır. Bu gün bir daha bəyan edirik ki, biz Yaxın Şərqdə daha çox qan, dağıntı və qarşıdurma görmək istəmirik.

Türkiyə olaraq qonşumuz İrana qarşı edilən mənfur hücumları pisləyirik, həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik, dost və qardaş İran xalqına başsağlığı veririk”, - deyə o əlavə edib.

Billurə Yunus

Seçilən
6
4
olke.az

5Mənbələr