AZ

Ermənistanın keçmiş baş naziri saxlanıldı

Ermənistanın keçmiş baş naziri Ovik Abramyan saxlanılıb.

Tribunainfo.az  xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Komitənin qeyd etdiyi kimi, Ovik Abramyan çirkli pulların yuyulmasında, vəzifə səlahiyyətlərindən sui-istifadədə və qanunsuz sahibkarlıq fəaliyyətində ittiham olunur.

Məlumata görə, hazırda onun evində axtarış aparılır.

Qeyd edək ki, O.Abramyan 2014-2016-cı illərdə Ermənistanın baş naziri olub.

Milli.Az

Seçilən
26
4
tribunainfo.az

9Mənbələr