İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Çinə səfər çərçivəsində bu ölkənin ticarət nazirinin müavini Yan Donq ilə görüşüb.
“APA-Economics” xəbər verir ki, görüşdə qarşılıqlı dostluq və etimad prinsiplərinə əsaslanan Azərbaycan-Çin münasibətlərinin möhkəm təməllər üzərində qurulduğu vurğulanıb. İki ölkə arasında inkişaf edən ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün böyük imkanların olduğu qeyd edilib.
Tərəflər iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivlərini müzakirə ediblər. Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük prosesi çərçivəsində mallar və xidmətlər üzrə ikitərəfli müzakirələr aparılıb. Müzakirələr nəticəsində ÜTT-yə üzvlük çərçivəsində ölkəmizlə Çin arasında mallar və xidmətlər üzrə danışıqlar yekunlaşdırılıb və ikitərəfli protokolun imzalanmasına dair razılıq əldə olunub.

