AZ

Şuşa Bəyannaməsi – dostluqdan strateji əməkdaşlığa gedən yol

Bakı. Trend:

Azərbaycan və Türkiyə arasında münasibətlər tarixən qardaşlıq vədostluq prinsipləri üzərində qurulub. Lakin 2021-ci ilin 15iyununda imzalanmış Şuşa Bəyannaməsi bu əlaqələri rəsmi şəkildəstrateji müttəfiqlik səviyyəsinə yüksəltdi. Bu sənəd AzərbaycanPrezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğantərəfindən Qarabağın incisi olan Şuşa şəhərində imzalanaraq yalnıziki ölkənin deyil, bütün türk dünyasının siyasi tarixində mühüm yertutdu. Bəyannamə həm də 44 günlük Vətən müharibəsindən sonrayaranan geosiyasi reallıqların hüquqi və siyasi ifadəsidir.

Şuşa Bəyannaməsinin imzalanması, 2020-ci ildə AzərbaycanOrdusunun tarixi Qələbəsi ilə nəticələnən İkinci Qarabağmüharibəsindən sonra baş verdi. 30 ilə yaxın işğal altında qalanərazilərin azad edilməsi yalnız Azərbaycanın deyil, həm də regionuntarixində dönüş nöqtəsi oldu. Bu prosesdə Türkiyənin Azərbaycanagöstərdiyi siyasi və mənəvi dəstək xüsusi əhəmiyyət kəsb edirdi.Elə bu dəstəyin təməli olaraq, Şuşada imzalanmış bəyannamə ikiölkənin bundan sonrakı münasibətlərini sistemli və çoxşaxəlişəkildə tənzimləməyə yönəlib.

Bəyannamənin ən mühüm hissələrindən biri təhlükəsizlik vəmüdafiə sahəsində əməkdaşlıqdır. Tərəflər, hər iki ölkənintəhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələnhər hansı təhdidə qarşı birlikdə tədbir görmək öhdəliyi götürürlər.Bu, faktiki olaraq hərbi ittifaq xarakteri daşıyan müddəadır.Bəyannamədə ortaq hərbi təlimlərin keçirilməsi, müdafiə sənayesisahəsində təcrübə mübadiləsi və birgə layihələrin inkişafı kimiməsələlər də öz əksini tapır.

Şuşa Bəyannaməsində iqtisadi inteqrasiya və nəqliyyatəlaqələrinin inkişafı xüsusi yer tutur. Zəngəzur dəhlizininaçılması ilə bağlı müddəa, həm Azərbaycan, həm Türkiyə, həm dəümumilikdə region üçün strateji əhəmiyyətə malikdir. Bu dəhlizvasitəsilə Naxçıvanla Azərbaycanın əsas hissəsi birləşəcək, eynizamanda Türkiyədən Orta Asiyaya uzanan yeni bir nəqliyyat xəttiformalaşacaq.

Bəyannamənin Şuşada imzalanması təsadüfi deyildi. Şuşa şəhəriAzərbaycan mədəniyyətinin beşiyi olmaqla yanaşı, Qarabağ zəfərininən önəmli simvoludur. Bu şəhərdə bəyannamənin imzalanması,həmçinin, Azərbaycanın bu torpaqlarda suverenliyinin təsdiqi vəTürkiyənin buna tam dəstəyinin təcəssümüdür. Bu addım həm dədünyaya verilmiş siyasi mesaj idi – bölgədə yeni reallıqlar var vəbu reallıqlar türk dövlətlərinin birliyi və əməkdaşlığınasöykənir.

Şuşa Bəyannaməsi yalnız iki dövlət arasında imzalanmış sənəddeyil. Bu sənəd, eyni zamanda Türk Dövlətləri Təşkilatı vəümumiyyətlə türk dünyası üçün strateji çərçivə rolunu oynayır. O,digər türk dövlətlərinə də ortaq müdafiə, iqtisadi əməkdaşlıq vəmədəni inteqrasiya yollarının açıq olduğunu göstərir. Türkdövlətlərinin daha sıx əməkdaşlıq etməsi üçün nümunəvi model təqdimedir.

Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında münasibətləriyeni mərhələyə – strateji müttəfiqlik mərhələsinə yüksəldən tarixisənəddir. Bu sənəd təkcə iki ölkə arasında deyil, həm də regionungələcəyi, sabitliyi və inteqrasiyası üçün mühüm əhəmiyyət daşıyır.Şuşada imzalanması ilə sənədin simvolik və siyasi çəkisi daha daartır. Əminliklə demək olar ki, bu Bəyannamə gələcək nəsillərəmiras qalacaq və türk dünyasının birliyinə gedən yolda möhkəm təməlolacaq.

Əminə Ağazadə,
Milli Məclisin deputatı

Seçilən
9
3
az.trend.az

4Mənbələr