AZ

AZAL təhlükəsizlik səbəbilə bugünkü reyslərini ləğv edib

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarını təhlükəsizlik səbəbindən bağlaması ilə əlaqədar olaraq, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) iyunun 13-nə planlaşdırılan üç reys ləğv edilib.

AzPost bu barədə aviaşirkət istinadən xəbər verir.

Məlumata görə, Bakı-Lahor-Bakı (J2 145/146), Bakı-Mumbai-Bakı (J2 059/060) və Bakı-Dammam-Bakı (J2 8205/8206) reysləri ləğv edilib.

“AZALuçuşların təhlükəsizliyini prioritet hesab edərək vəziyyəti daim nəzarətdə saxlayır və sərnişinləri baş verən yeniliklər barədə operativ şəkildə məlumatlandıracaq”, – məlumatda deyilir.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

AzPost.az

Seçilən
21
26
azpost.info

10Mənbələr