İran Prezidenti Məsud Pezeşkian xalqına müraciətində İranın cavabının İsraili peşman edəcəyini vurğulayıb.
Korrespondent.az xəbər verir ki, bu barədə “Tasnim” Xəbər Agentliyi məlumat yayıb.
“Bütün beynəlxalq öhdəliklərə zidd olan bu hücum İsrailin cinayətkar təbiətini təsdiqləyir. Əlbəttə, İran xalqı və ölkə rəhbərliyi bu cinayətə qarşı susacaq deyil və İranın məşru və güclü cavabı düşməni axmaq hərəkətindən peşman edəcək”, – deyə İran Prezidenti əlavə edib.