AZ

Lənkəranskinin düşməninə cinayət işi açıldı – İtaliyadan ekstradisiya oluna bilər

Kriminal avtoritet Merab Canqveladze Rusiya Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilib.

Teleqraf-ın xəbərinə görə, Rusiya DİN Cinayət Axtarış Baş İdarəsi kriminal aləmdə yüksək mövqe tutmaqda təqsirləndirilən “qanuni oğru” Merab Canqveladzeyə qarşı cinayət işi açıb.

Məlumata görə, onun daimi yaşadığı İtaliyadan Rusiyaya ekstradisiyası az ehtimal sayılsa da, mümkünsüz də deyil. Əvvəla, Canqveladzenin İtaliya vətəndaşlığı yoxdur, ikincisi, Rusiya və İtaliya hüquq-mühafizə orqanları arasında konstruktiv əməkdaşlıq mövcuddur.

Artıq Polşa da daxil olmaqla bir çox Avropa ölkələri Rusiya ilə ekstradisiya razılaşmalarını icra edirlər.

Beləliklə, kriminal dünyanın nüfuzlu “böyük dördlüy”ü arasında Merab statusuna görə rəsmi şəkildə məsuliyyətə cəlb edilən ilk fiqura çevrilib.

Merab üçün “qara zolaq” bu ilin martında, onun əsas dayağı və qardaşı Levan Canqveladzenin Tbilisidə qətlə yetirilməsindən sonra başlayıb.

Merab Canqveladze vaxtilə Rövşən Canıyevlə (Rövşən Lənkəranski) yaxın münasibətdə olub. Ancaq tez bir zamanda onların arasında gərginlik başlayıb. Gərginliyin baiskarı öldürülən Levan Canqveladze olub.

2012-ci ilin yayında Rövşən Lənkəranski ilə Levan Canqveladze arasında Dubayda söhbət olub. Rövşən ona bildirib ki, bazarlarda şəriklik etmək ayrı, onu “ələ keçirmək” cəhdi isə ayrıdır. Levanla söhbət əlbəyaxa davaya çevrilib. Gürcü avtoritet Rövşənə bıçaqla yüngül xəsarət yetirib.

Dubayda baş verən hadisədən az sonra Rövşən o vaxt İtaliyada gizlənən Merab Canqveladze ilə görüşüb. Lənkəranski qardaşının davranışı ilə bağlı şikayətlərini “qanuni oğru”ya çatdırıb. Burda da gərginlik yaranıb, Merab hətta silaha da əl atıb. Gərginliyə baxmayaraq tezliklə tərəflər barışıb. Amma qardaşlar daha Lənkəranski ilə yaxınlıq etməyiblər.

2013-cü ildə Aslan Usoyanın (Ded Xasan) öldürülməsindən sonra isə Suxumskilər Lənkəranskiyə dönük çıxıblar.

Rusiya mənbələri qətldə Ded Xasan və 1 nömrəli “qanuni oğru” Zaxar Kalaşovun (Şakro) qisas versiyasını rədd ediblər. Çünki Levanın çoxlu başqa düşmənləri də vardı.

Merab Canqveladze 1962-ci ilin noyabr ayının 20-də Suxumidə anadan olub. “Qanuni oğru” adını gənc yaşlarında alıb. 1975-ci ildən anadan olan Levan Suxumski ləqəbi ilə tanınırdı.

Seçilən
9
1
veteninfo.az

2Mənbələr