Ukraynanın “Şaxtyor” klubunun türkiyəli baş məşqçisi Arda Turanın köməkçiləri müəyyənləşib.
News24.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssisin əsas köməkçisi daha əvvəl Türkiyə millisində Fatih Terimlə birlikdə çalışmış Kerem Yavaşdır.
K.Yavaş həm də "Qəbələ" Futbol Akademiyasının sabiq direktoru Ali Yavaşın oğludur. A.Yavaş Arda Turanın məşqçisi olub.
Qapıçıları Türkiyə millisindən tanınan Emrah Karakovan hazırlaşdıracaq. Sinan Sarikurt və Mert Somay isə iki gənc köməkçi məşqçidir. Onlardan biri oyunların analizləri, digəri taktika ilə məşğul olacaq.
Fiziki hazırlıq məsələlərində Turana Utku Alemdaroğlu kömək edəcək. Daha əvvəl “Şaxtyor”da çalışmış italiyalı Karlo Nikoli də məşqçilər korpusunda yer alacaq.
Xatırladaq ki, Arda Turan “Şaxtyor”la 2 illik müqavilə imzalayıb./teleqraf