ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-ın nüfuzlu Axios nəşri İsrailin İrana qarşı son hücumlarının arxa planına dair geniş təhlil dərc edib. Məlumata görə, Təl-Əviv bu əməliyyatı 8 ay öncədən planlaşdırmağa başlayıb. Hücumun ideyası ilk dəfə ötən ilin oktyabrında, İranın İsrailə raket zərbələri endirməsindən sonra formalaşıb. Baş nazir Benyamin Netanyahu bu hadisədən dərhal sonra orduya və xüsusi xidmət orqanlarına əməliyyat planlarının hazırlanması ilə bağlı göstəriş verib.
KONKRET.az xəbər verir ki, Netanyahunun fikrincə, İranın sürətlə inkişaf edən raket və nüvə proqramı İsrailin mövcudluğu üçün birbaşa təhlükədir. Bu səbəbdən, İrana eyni vaxtda həm raket, həm də nüvə infrastrukturlarına zərbə endirmək qərara alınıb. Hazırlıq mərhələsində İsrail tərəfi İranın hava hücumundan müdafiə sistemlərinin əvvəlki zərbələrdən sonra zəifləməsini əsas üstünlük kimi qiymətləndirib. Eyni zamanda İsrail kəşfiyyatı Tehranın nüvə silahı əldə etməyə əvvəlkindən daha yaxın olduğunu, əgər siyasi qərar verilərsə, bombanı gözləniləndən tez istehsal edə biləcəyini müəyyən edib.
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>
Hücum qərarına təkan verən digər amil isə yaxın həftələrdə istifadəyə verilməsi planlaşdırılan və yerin dərin qatlarında yerləşdiyi üçün “bunkerə qarşı” bombalara belə davamlı olan yeni uran zənginləşdirmə obyektinin işə salınması olub.
Axios-un məlumatına görə, ABŞ rəsmiləri ictimai şəkildə əməliyyatla bağlı razılıq vermədiklərini bəyan etsələr də, İsrail hökumətindəki iki mənbə əksini iddia edir. Onların sözlərinə görə, Vaşinqtondan qeyri-rəsmi şəkildə “yaşıl işıq” alınıb. Məqsəd İranı arxayın salmaq və hədəf obyektlərin yerini dəyişməsinin qarşısını almaq olub. ABŞ-ın bu əməliyyatda formal olaraq iştirak etmədiyi görüntüsü yaradılaraq diplomatik balans qorunmağa çalışılıb.
Natiq Səlim,
KONKRET.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.