İsrailin İrana endirdiyi hava hücumunu ən sərt şəkildə qınayırıq.
Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
“Beynəlxalq hüququn kobud şəkildə pozulması olan bu hücum İsrailin regionda sabitliyi pozan strateji siyasətinə xidmət edən təxribatdır. İranın nüvə proqramı ilə bağlı gərgin danışıqlar zamanı baş verən zərbələrin vaxtı açıq şəkildə göstərir ki, Netanyahu hökuməti heç bir məsələni diplomatik yollarla həll etmək istəmir və öz maraqları naminə regional sabitliyə və qlobal sülhə xələl gətirməkdən çəkinmir.
İsrail daha böyük münaqişələrə səbəb ola biləcək təcavüzkar hərəkətlərini dərhal dayandırmalıdır. Bir daha bildiririk ki, Yaxın Şərqdə qan tökülməsi və dağıntılar görmək istəmirik. Beynəlxalq ictimaiyyəti müharibənin yayılmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırırıq./publika.az