AZ

İranın Silahlı Qüvvələri Baş Qərargahına yeni rəis təyin olunub

Bakı. Trend:

İranın Silahlı Qüvvələri Baş Qərargahına ordu generalıƏbdürrəhim Musəvi yeni rəis təyin olunub.

Trend-inməlumatına görə, bu İranın Ali Lideri Ayətulla Seyid Əli Xameneninmüvafiq qərarında öz əksini tapıb.

Qərar general Məhəmməd Hüseyn Baqeri İsrailin İrana hücumunəticəsində öldükdən sonra verilib.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İranBMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclaskeçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavabhücumunun həyata keçiriləcəyini bildirir.

Seçilən
25
az.trend.az

1Mənbələr