İsrail rəsmi dairələri İran rəhbərliyinə kəskin ultimatum irəli sürüb.
Musavat.com xəbər verir ki, İsrail mediasının yayımladığı bəyanata əsasən, Təl-Əviv Tehranı ya cavab hücumundan və nüvə proqramından imtina etməyə, ya da neft sənayesinin və iqtisadiyyatının məhv ediləcəyi ilə hədələyir.
Bəyanatda deyilir:
“İndi İranın hava məkanı tamamilə açıq və müdafiəsizdir. İran liderləri qərar verməlidir: əgər onlar bizə hücum etsələr, biz onların neft emalı zavodlarını vuracağıq və iqtisadiyyatlarını çökdürəcəyik. Əgər onlar nüvə obyektlərinin məhv edilməsinə sərt reaksiya verməsələr, biz neft zavodlarına toxunmayacağıq".
Musavat.com