AZ

Rusiyanın aviaşirkətləri Yaxın Şərq istiqamətində marşrutlara düzəlişlər edir

Moskva, 13 iyun, AZƏRTAC

İsrail və İran hava məkanının mülki təyyarələr üçün bağlanması ilə əlaqədar olaraq, bu ölkələrə uçan və ya bu onların üzərindən tranzit keçən Rusiya aviaşirkətləri operativ şəkildə məlumatlandırılıb.

AZƏRTAC xəbər verir ki, “Rosaviasiya”dan verilən məlumata görə, Rusiya aviadaşıyıcıları yeni məhdudiyyətləri nəzərə alaraq artıq digər Yaxın Şərq ölkələrinə də marşrutların tənzimlənməsinə başlayıb. Mümkün müvəqqəti ləğvlər də daxil olmaqla, uçuş cədvəllərində dəyişikliklər gözlənilir.

“Aeroflot” aviaşirkəti Moskva ilə Tehran arasında uçuşların ləğv edildiyini açıqlayıb. Bölgədəki bir sıra digər marşrutlarda da düzəlişlər nəzərdə tutulub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
39
1
azertag.az

2Mənbələr