AZ

Dönərdən zəhərlənmələr

Bir çox insanlar ayaqüstə yeməklərə- xüsusi ilə dönərlərə  daha çox maraq göstərir.

Aydındır ki, dönərdən də ən çox istifadə edənlər tələbələr və yeniyetmələrdir.  İkincisi də dönər  digər qidalardan, yeməklərdən  bir qədər ucuzdur. Məhz bu ucuzluq da gənclərin diqqətini daha çox  cəlb edir, amma belə bir məsəldə  var ki, ucuz ətin şorbası olmaz!Dönərdən zəhərlənmələr də qaçılmazdır.

Təsadüfi deyil ki,  bir neçə  həftə bundan öncə Gəncədə  neçə- neçə  tələbə dönərdən zəhərlənib. Bir sözlə, bu fəsadlar insanların həyatı üçün çox təhlükəlidir.Məlum olur ki, həmin dönərxanalrda sanitar-gigiyenik qaydaları  pozulub. Heç şübhəsiz ki,  bu nöqsanları  aradan qaldırmaq  üçün ciddi addımlar atılmalıdır.Əlbəttə, Qida Təhlükəsizliyi Agentliyi dönərxanlarda mövcud nöqsanları aradan qaldırmaq üçün bir o qədər də təsirli tədbirlər görülmür.

Və bundan da sui- istifadə edən dönərxanalr keyfiyyətsiz  dönərlər hazırlayır, pul qazanmaq üçün hər cür yola əl atırlar. Bu isə çoxlusayda  inasanların zəhərlənməsinə gətirib çıxarır. Başqa sözlə demiş olsaq dönərxanalardakı  özbaşınalıqların qarşısı alınmayınca  mövcud nöqsanları qalacaq!!!

Emil Faiqoğlu        

Seçilən
30
adalet.az

1Mənbələr