Xəbər verdiyimiz kimi, Sumqayıtda “Park Palace” şadlıq sarayında keçirilən toy mərasimində məclis sahibi ilə müğənni Kəmalə Günəşli arasında dava-dalaş olub.
“Bakuinfo”nun məlumatına görə, azxeber.com sözügedən davanın videosunu yayıb.
Görüntülərdən müğənninin qarşısındakı şəxsə hücum etdiyi məlum olur.
Xatırladaq ki, oğluna sünnət toyu keçirən V.Mikayılova 4 saatlıq çıxış üçün 4 min manata razılaşdığı Kəmalə Günəşlinin (Mirzəyeva) ifalarından razı qalmayıb. Bu da davaya səbəb olub.
Sözügedən görüntüləri təqdim edirik: