İrəvanda sakinlər zəhərli suyun içməli su adıyla əhaliyə verilməsinə etiraz ediblər. Belə ki, İrəvanın Şenqavit inzibati rayonunun Norayr Karqanyan küçəsinin bir sıra sakinləri jurnalistlərə suyun keyfiyyətindən şikayətləniblər.
Sakinlərdən biri deyib: "Hər gün gedib başqa yerdən su gətirməyə məcbur oluruq. Bizə gündə 1-2 saat su verirlər o da çox zəif olur. Suyun rəngi sarıdır, dəhşətli qoxusu var. 7 ildir ki, belə davam edir. Neçə ildir bizə bataqlıq suyu verirlər".
Tural