AZ

Smart tipli sayğacların tələm tələsik dəyişdirilməsinin səbəbi məlum oldu: Qaz, işıq işlətməyənlər də pul ödəyəcək

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Əhaliyə kommunal xidmət göstərən qurumların smart tipli sayğacları dəyişdirməsi cəmiyyətdə isti qarşılanmamışdı. Narazılıq çox olmuşdu, hələ indi də var. İnsanlar hesab edir ki, mexaniki sayğaclar daha çox sərfiyyat qeydə alır. Həmin qurumlar iddialarla razılaşmır, heç bir halda fərq yaranması haqda deyilənləri qəbul etmir.

Bizimyol.info xəbər verir ki, smart tipli sayğacların tələm-tələsik dəyişdirilməsinin səbəbi məlum olub. Bütün mexaniki sayğaclar üçün minimal sərfiyyat müəyyənləşdirilməsi qərara alınıb. Yəni işlətsən də, işlətməsən də müəyyən məbləği ödəməlisən. Sosial mediada həmin məbləğin, hətta 10 manat olacağını ehtimal edən yazılar gözə dəyir. Yəni yaşamadığınız mənzildə, evdə qaz və ya işıq sayğacı varsa, 20 manatınızdan keçməlisiniz. Əlbəttə, indi dəqiq heç nə məlum deyil. Məbləğ çox və ya az ola bilər.

Minimal sərfiyyat məsələsi sizə kiçik görünməsin. Azərbaycanda yüz minlərlə mənzil var ki, sahibi ölkədən kənarda yaşayır. Milyondan çox insan bölgədəki evini qoyub Abşeron yarımadasına işləmək üçün üz tutub. İndi bu adamlar ayda 10-20 manatından, bəlkə də, daha çox pulundan keçməli olacaq. Adi hesablama aylıq milyonlara iddia edilməsindən xəbər verir.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Smart tipli sayğaclar belə qərara mane olur. Çünki istehlakçı sayğaca yüklədiyi məbləğ qədər qaz və işıqdan istifadə edirdi. Bu halda onu yükləmək mümkünsüz olurdu. Mexaniki sayğac isə bu istiqamətdə yaşıl işıq yandırır.

Hər yeni qərar sanki vətəndaşın yükünü artırmağa hesablanıb. İndi buna nə ehtiyac var?! Hamıya məlumdur ki, əhalinin sosial vəziyyəti pisləşib. Qurban bayramının sönük keçməsi çox şeydən xəbər verir. Ətin kilosu 20 manatdan yuxarıdır. İnsanlar ən adi ehtiyaclarını ödəyə bilmir. Üstəlik, onların yükünü artırırıq. Bölgədə ev-eşiyini qoyub paytaxtda, Bakı kəndlərində, qəsəbələrində kirayə qalanlar niyə əlavə pul ödəsin? İnsafsızlıq deyilmi? Bu qərar müzakirə olunduğu kimi də bağlanmalıdır. Müzakirənin özü belə, artıqdır.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
3
bizimyol.info

4Mənbələr