AZ

Azərbaycan Biznesinin İnkişafı Fondunun kredit portfeli açıqlanıb

Bu ilin əvvəlinə İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondunun kredit portfeli 887,5 milyon manat olub...

Poliqon xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

"İclas zamanı sahibkarlığın tətbiqində verilən güzəştli kreditlərin artırılmasının, onun bölgələr üzrə bərabər paylanmasının zəruriliyi vurğulanıb. Kreditlə yanaşı, ötən il sahibkarlara dövlət zəmanəti ilə verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması və sahibkarların müvəkkil banklardan aldıqları kreditlərə zəmanətin verilməsi və faizlərin bir hissəsinin subsidiyalaşdırılması üçün 14 milyon manat vəsait istifadə olunub. Cari ildə isə dövlət zəmanəti verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması üçün 61 milyon manat, sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanətin verilməsi və həmin kreditlər üzrə hesablanmış faizlərin bir hissəsinin subsidiyalaşdırılması üçün 15 milyon manat vəsait nəzərdə tutulub", - deyə o qeyd edib.

Poliqon.info 

Seçilən
26
2
poliqon.info

3Mənbələr