AZ

İranın daha 3 generalı ÖLDÜRÜLDÜ

İsrail Hərbi Hava Qüvvələrinin endirdiyi raket zərbələri nəticəsində İran İslam İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) iki generalı da öldürülüb. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Təbriz-Turan” “Telegram” kanalı məlumat yayıb. Qeyd edilir ki, onlardan biri SEPAH-ın “Xatəmül-Ənbiya” qərargahının rəis müavini, briqada generalı Məhəmməd Cəfər Əsədidir. İyunun 13-də gecə saatlarında keçirilən hərbi əməliyyatlar zamanı “Xatəmül-Ənbiya” qərargahının rəisi Qulam Əli Rəşidi də həlak olub. Bundan başqa, İran Silahlı Qüvvələrinin Baş Qərargahının əməliyyatlar üzrə rəis müavini, briqada generalı Mehdi Rəbbani İsrailin hücumları nəticəsində öldürülüb. 

Seçilən
22
cebheinfo.az

1Mənbələr