AZ

“İpoteka kreditlərinin 78 faizi Bakının payına düşür” – Sahil Babayev

“Plenar iclas zamanı səsləndirilən fikirlərdən biri də ipoteka siyasətinin dəyişdirilməsi və onun paytaxtdan bölgələrə yönəldilməsi zəruriliyi ilə bağlıdır”. 

 

7Times.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

 

Nazir qeyd edib ki, ipoteka kreditlərinin 78 faizi Bakı şəhərinin, 22 faizi isə respublikanın digər şəhər və rayonlarının payına düşüb: “Qeyd edilməlidir ki, regionlarda fəaliyyət göstərən əhalinin ipoteka krediti vasitəsilə yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə fərdi qaydada məşğul olan  sadələşdirilmiş vergi ödəyicilərinin də ipoteka kreditinə çıxış imkanları yaradılıb. Eyni zamanda, əhalinin elektron ipoteka sistemi vasitəsilə müvafiq müraciətləri əsasında müvəkkil banklar tərəfindən ipoteka kreditləri verilir. Bu zaman ipoteka krediti vasitəsilə alınacaq yaşayış sahəsinin yerləşməsi ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb”.

Seçilən
1
17
7times.az

10Mənbələr