İsrailin İranın şimal-qərbindəki Təbriz şəhərinə endirdiyi zərbələr nəticəsində azı üç yerli sakin həlak olub.
"Bakuinfo" xəbər verir ki, Tasnim agentliyi bu barədə Şərqi Azərbaycan Vilayətinin Böhran Vəziyyətlərinin İdarə Edilməsi İdarəsinin rəisinə istinadla məlumat yayıb.
“İsrail Şərqi Azərbaycanda 10 yaşayış məntəqəsinə zərbələr endirib. Hücum nəticəsində Təbriz şəhərində üç nəfər həlak olub”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinin 200-dən çox qırıcısı gecə ərzində İranda 100-dən çox hədəfə hücum edib.