AZ

Qaz təchizatı sektorunda dövlətin vəzifələri müəyyənləşdirilir

Bakı. Trend:

Qaz təchizatı sektorunda dövlət siyasətinin əsas prinsipləri,dövlət tənzimləməsinin məqsədləri və dövlətin vəzifələrimüəyyənləşdirilir.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə olunan "Qaz təchizatı haqqında" qanunlayihəsində öz əksini tapıb.

Qaz təchizatı sektorunda dövlət siyasətinin əsas prinsipləriaşağıdakılar olacaq:

  • qaz təchizatı sisteminin etibarlılığı, dayanıqlılığı,təhlükəsizliyi və səmərəliliyi;
  • qaz təchizatı sektorunda idarəetmə və tənzimləmənineffektivliyi və şəffaflığı;
  • qaz təchizatı subyektlərinin xidmətlərindən, habelə qazşəbəkəsindən bərabər və ayrı-seçkiliyə yol verilmədən istifadəimkanının yaradılması.

Qaz təchizatı sektorunda dövlət tənzimləməsinin məqsədləriaşağıdakılar olacaq:

  • enerji təhlükəsizliyinin təmin edilməsi;
  • qaz təchizatı subyektlərinin və istehlakçıların maraqlarıarasında balansın təmin olunması;
  • istehlakçıların fasiləsiz və təhlükəsiz olaraq etibarlı,keyfiyyətli və əlçatan qaz ilə təmin edilməsi.

Qaz təchizatı sektorunda dövlətin vəzifələri aşağıdakılarolacaq:

  • regional əməkdaşlığın inkişafı, özəl investisiyaların vədavamlı iqtisadi inkişafın dəstəklənməsi;
  • əlverişli investisiya mühitinin yaradılması;
  • qaz təchizatı sektorunda inhisarçılıq fəaliyyətinin qarşısınınalınması, məhdudlaşdırılması və aradan qaldırılması;
  • qaz təchizatı obyektlərinin effektiv və təhlükəsizfəaliyyətinin təmin edilməsi;
  • istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi;
  • təbii inhisar və dövlət inhisarı subyektlərinin fəaliyyətinintənzimlənməsi;
  • enerji resurslarından səmərəli istifadənin təşviqedilməsi;
  • ətraf mühitin mühafizəsi sahəsində tədbirlərin həyatakeçirilməsinin təmin edilməsi;
  • qaz təchizatı sektorunda dövlət nəzarətinin, o cümlədənmonitorinqin həyata keçirilməsi;
  • qaz təchizatı sektorunda tənzimlənən qiymətlərin (tariflərin)müəyyən edilməsi;
  • istehlakçılara keyfiyyətli xidmət göstərilməsinin təminedilməsi;
  • qazın nəqli, paylanması, saxlanması və satışı üzrə xərclərinminimuma endirilməsi və qiymətlərin (tariflərin) iqtisadi əsaslarolmadan dəyişdirilməsinin qarşısının alınması.

Qanun layihəsi səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.

Seçilən
17
12
az.trend.az

10Mənbələr