AZ

Türkiyədə mobil telefonların nağıllar proqramına Azərbaycan bölümü əlavə edildi

BAKI, 13 iyun. TELEQRAF

Türkiyədə “Masal-masal Türkiye” uşaq nağılları üzrə mobil telefonlar proqramında “Türk dünyası: Azərbaycan” bölümünün yaradılması razılaşdırılıb.

Teleqraf xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzi ilə Atatürk Mədəniyyət Mərkəzi arasında əməkdaşlıq çərçivəsində Türkiyədə mobil telefonlar üçün hazırlanmış “Masal-masal Türkiyə” adlı türk nağılları proqramının “Türk dünyası: Azərbaycan” bölümü əlavə ediləcək.

“Türk dünyası: Azərbaycan” bölümündə nağılların mətni, onlara aid rəsmlər, habelə onların Azərbaycan və Türkiyə türkcəsində səsli versiyalarının yerləşdirilməsi planlaşdırılır.

Mobil tətbiqin "Türk dünyası: Azərbaycan" bölümü hazırlanarkən Azərbaycan xalq nağıllarına dair nəşrlər, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkyə türkcəsinə çevrilmiş və nəşr edilmiş “Azərbaycan masalları” adlı nağıllar kitabı əsas götürüləcək.

Bu barədə ortaq əməkdaşlığa dair Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türkiyənin Atatürk Mədəniyyət Mərkəzi arasında yol xəritəsi imzalanıb.

Qeyd edək ki, “Masal-masal Türkiyə” adlı layihə vasitəsi ilə türk nağılları mobil telefonlar vasitəsilə nağıl sevərlərə çatdırılır. Bəzi seçilmiş nağıllar əsasında isə cizgi filmləri çəkilir və proqrama əlavə edilir. İstanbul türkcəsi, həm də Türkiyənin bölgələrinin ləhcələrində təqdim edilən türk nağılları həm də dünyanın aparıcı 8 xarici dillərində mətn və səsləndirilməklə uşaq və yeniyetmələrə təqdim edilir.

Layihə nəticəsində Azərbaycan xalq nağılları “Masal-masal Türkiyə” adlı mobil telefonlar üçün hazırlanan proqrama daxil edilməklə gələcəkdə həm Türkiyədə, həm də digər dünya dillərinə tərcümə edilməklə daha geniş arenada təbliğ olunacaq.

Seçilən
20
teleqraf.com

1Mənbələr