AZ

Rusiyadan İsrailin İrana hücumuna reaksiya: "Putin operativ məlumat alır"

"Rusiya İrana hücumu kəskin pisləyir və bundan böyük narahatlıq keçirir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov İsrailin səhərə yaxın 200-dən çox təyyarə ilə İrana hücum edərək, rəhbər şəxsləri və nüvə obyektlərini bombalamasına münasibətdə deyib.

O, Rusiya prezidenti Vladimir Putinin İsraillə İran arasında yaşanan gərginliklə bağlı operativ məlumatlandırıldığını da qeyd edib: "Rusiya gərginliyin artmasını arzulamır..."

Samir MUSAYEV
MİA.AZ

Seçilən
10
1
mia.az

2Mənbələr