2025-ci ilin may ayında Azərbaycanda istehlak qiymətləri indeksi 2024-cü ilin may ayına nisbətən 106,3 faiz təşkil edib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107,8 faiz, qeyri-qida məhsulları üzrə 102,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,3 faiz təşkil edib.
Məlumata görə, 2025-ci ilin may ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 faiz, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,9 faiz təşkil edib.