Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı, 13 iyun, AZƏRTAC
İyunun 12-də Qazaxıstanın Astana şəhərində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 14-cü plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Milli Məclisin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini, TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyası sədrinin müavini Günay Əfəndiyeva komissiyanın “TÜRKPA üzv dövlətlərində təhsil sahəsində yaxınlaşma prosesləri: problemlər və inkişaf perspektivləri” mövzusundakı hesabat məruzəsi üzrə çıxış edib.
Günay Əfəndiyeva komissiyanın hesabatının TÜRKPA-ya üzv ölkələrin parlamentləri tərəfindən təqdim olunmuş məlumatlara, həmçinin dövlət və beynəlxalq səviyyədə açıq rəsmi mənbələrə istinadən hazırlandığını bildirərək deyib: “Hesabata əsasən, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında bir çox ikitərəfli təhsil sazişlərinin imzalanması, diplomların qarşılıqlı tanınması və ortaq universitetlərin yaradılması bu sahədə atılan mühüm addımlardır. Bu kimi təşəbbüslər həm də ümumtürk inteqrasiyasının sürətləndirilməsinə və nəsillərimizin ümumi dəyərlər əsasında yetişdirilməsinə də xidmət edir.
Mövcud təhsil əməkdaşlığı çərçivəsində Elm və Təhsil nazirlikləri arasında imzalanan müqavilələr əsasında kurikulumların uyğunlaşdırılması, dərsliklərin tərcüməsi, müəllim və tələbə mübadiləsi, eləcə də ixtisasartırma təlimlərinin təşkili istiqamətində işlər davam etdirilir. Bu tədbirlər praktiki əməkdaşlığı genişləndirməklə yanaşı, təhsil sistemlərimizin bir-birinə yaxınlaşdırılmasına da zəmin yaradır. Digər tərəfdən isə ölkələrimizdə ibtidai və orta təhsilin əhatə dairəsi 95-100 faiz səviyyəsindədir. Bu göstərici dünyanın bir çox inkişaf etmiş ölkələri üçün nümunə ola bilər”.
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>
Komitə sədrinin müavini əldə edilmiş nailiyyətlərlə yanaşı, üzv ölkələrdə mövcud olan problemlərdən də bəhs edib: “Kəndlərdə və ucqar bölgələrdə təhsilə çıxış imkanlarının azlığı, infrastrukturun yetərsizliyi, rəqəmsal avadanlıqla təminatın aşağı səviyyədə olması və ali təhsilə əlçatanlıqda müşahidə edilən fərqliliklər geniş Türk coğrafiyasında insan kapitalının bərabər inkişafına maneə yaradır.
Təhsil resurslarının və müasir tədris texnologiyalarının tətbiqinin bölgələr arasında tarazlı şəkildə paylanması, gənclərimizin əmək bazarına bərabər imkanlarla daxil olmaları üçün də vacib əhəmiyyət daşımaqdadır.
Düşünürəm ki, bu çatışmazlıqların və maneələrin aradan qaldırılması təhsil sisteminin daha səmərəli və ədalətli işləməsi üçün prioritet məsələyə çevrilməli, bütün bölgələrin eyni şərtlərlə təmin olunması üçün ciddi tədbirlər görülməlidir. Bu, təhsil sistemlərinin yaxınlaşdırılmasına dair yeni strategiyanın əsas istiqamətlərindən birini təşkil edə bilər”.
Günay Əfəndiyeva sonda bir daha vurğulayıb ki, hər bir sahədə olduğu kimi, təhsil sahəsində də ortaq dil, ortaq dəyərlər və ortaq gələcək vizyonu ilə hərəkət etməliyik.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.