AZ

Azad edilmiş ərazilərdə hidrometeoroloji müşahidə şəbəkəsi yaradılır

Xankəndi. Trend:

İşğaldan azad edilmiş ərazilərdə hidrometeoroloji müşahidəşəbəkəsinin yaradılması çərçivəsində yerüstü su ehtiyatlarınınqiymətləndirilməsi üçün 10 çay üzərində 11 avtomat hidroloji,həmçinin bu ərazilərdə meteoroloji vəziyyətin öyrənilməsi məqsədilə5 avtomat meteoroloji, 4 radioekoloji ve 3 aqrometeoroloji stansiyaquraşdırılaraq isifadəyə verilib.

Trend xəbərverir ki, bunu Xankəndi şəhərində keçirilən Ekoloji məsələlər üzrəİşçi qrupun iclasında ekologiya və təbii sərvətlər nazirininmüavini Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, işğal dövründə istismar edilmiş yataqlardamonitoring işləri aparılıb, dəymiş ziyanlar qiymətləndirilib, eləcədə filiz, qeyri-filiz və inşaat materialları yataqlarının təftişiicra edilib.

Eyni zamanda, Füzuli rayonu ərazisində Aşağı Güzlək, Cəbrayılrayonu ərazisində Havuslu, Sədi və Ərakül, Zəngilan rayonuərazisində Cahangirbəyli və Xumarlı, Qubadlı rayonu ərazisindəMuğanlı tikinti materialları yataqlarında, Ağdam rayonu Xaçınçayqum-çınqıl yatağında və Qubadlı rayonu ərazisində Muradxanlıqum-çınqıl yatağında geoloji qiymətləndirmə işləri başa çatdılaraq,müxtəlif tikinti və yol infrastrukturunun qurulması sektorlarındaistifadəyə verilib.

Vüqar Kərimov, həmçinin bildirib ki, regionda həyata keçiriləntikinti-quruculuq işlərində istifadə üçün yaxın gələcəkdə 17faydalı qazıntı yatağının hərraca çıxarılması nəzərdə tutulur.

Bundan başqa, Bəsitçay Dövlət Təbiət Qoruğunun və Daşaltı DövlətTəbiət Yasaqlığının fəaliyyətləri bərpa edilib, eləcə də ərazi vəsanitariya-mühafizə zonalarının xəritələri təsdiq edilib.

Həmçinin Arazboyu Dövlət Təbiət Yasaqlığının fəaliyyətininbərpası çərçivəsində yasaqlığın ərazi xəritəsinin layihəsiaidiyyəti dövlət qurumları ilə razılaşdırılır.

Seçilən
11
3
az.trend.az

4Mənbələr