AZ

Türkiyədə tətil planı olanların DİQQƏTİNƏ

ain.az bildirir, Tribuna portalına istinadən.

Türkiyədə, xüsusilə böyük şəhərlərində və turistik mərkəzlərdə müşahidə olunan kəskin qiymət artımı, xidmət keyfiyyətsizliyi turistlər və biznes səyyahlar arasında narazılıq yaradıb. Turistlər absurd qiymət artımından şikayət edir və bu səbəbdən də hazırda əksər turistik şəhərlər boş qalıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı tur təşkilatçısı, turizm eksperti İlkin Rüstəmzadə paylaşıb. Onun sözlərinə görə, absurd qiymətlər elə Türkiyənin hava limanlarından başlayır. İstanbul, Antalya, İzmirdə də qiymətlər həddən artıq bahadır:

“Turislərə birinci laızm olan həm də taksi xidməti olur ki, qiyməti həddən artıq bahadır. Eyni marşrut üç ay əvvəl 55 dollar tuturdu. Bu dəfə isə 110 dollar ödəmişəm. Sürücü bildirdi ki, körpü və yol tarifləri yenilənib, buna görə də taksi qiymətləri qalxıb”.

Tur təşkilatçısı bildirib ki, baha qiymətə rəğmən təqdim edilən xidmətlər çox aşağı səviyyədədir:

“Hava limanlarında, istirahət yerlərində bütün turistlər bahalıqdan danışır. Meksikalı turist bildirdi ki, bu onun 6-cı və sonuncu səfəridir. Çünki turistləri açıq aşkar soyurlar.

Bodrumda 100 €-ya pizza, 50 €-ya lahmacun satan yerlər var. Bayaq baxıram, Alanyada esnaf qan ağlayır, dükanlar bomboşdu. İngiltərədə artıq TV-lərdə müzakirələr gedir, turizm şirkətləri Türkiyə turlarını toplu satışdan çıxarırlar.

SunExpress aviaşirkəti Türkiyənin səyahət bölgələrinə birbaşa reyslərini 70% azaldır.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Türk otellər avropalılara nə qədər endirim eləsələr də, qiymət elə rəzalətdir ki, avropalı yanındakı Malorcanı, Tenerifeni, yunan adalarını, lap elə Mərakeşi qoyub gəlmək istəmir”.

İ.Rüstəmzadə bildirib ki, hazırda Türkiyəyə gələnlər rus və ərəb turistlərdir:

“Rus gəlir, çünki ona endirim var. Ərəb gəlir, özü də 10 dəfə çox.

Çünki ona vizasızdı, muzeylərə yerli türk qiyməti ödəyir, yerli vətəndaşın endirimlərindən yararlanır.

Həm də ölkə rəsmən ərəbizm ideologiyasındadır, ərəbə də xoş gəlir bu. Ona görə gəlir. Amma yenə deyirəm, bu o demək deyil ki, vəziyyət yaxşıdır.

İstanbulun özündə qiymətlər fantastikdi. Kokoreç 20 manatdır. Əvvəl Mc, Starbucks kimi şəbəkələr Bakıdan 2-3 dəfə ucuz idi burada, indi bizdən bahadır. Dollar olaraq bahadır.

Keçən il 10 dollara aldığın şey indi 50 dollardı. Paltar, geyim İtaliyadan bahadı. Florensiyadaydım 1 həftə əvvəl. Orda adam balası kimi geyinə biləcəyin pula İstanbulda bir krasovka ala bilirsən indi”.

Gülşən Rəsul

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
1
tribunainfo.az

2Mənbələr