Bu ilin yanvar-may aylarında Azərbaycanda əsas kapitala 6 milyard 694,6 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 % az investisiya yönəldilib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 21,9 % azalıb, qeyri neft-qaz sektoruna investisiyalar isə 11,7 % artıb.

5 ay ərzində istifadə olunmuş investisiyanın 3 milyard 363 milyon manatı və yaxud 50,2 %-i məhsul istehsalı sahələrinə, 2 milyard 236,8 milyon manatı və yaxud 33,4 %-i xidmət sahələrinə, 1 milyard 94,8 milyon manatı və yaxud 16,4 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyaların 5 milyard 48,7 milyon manatını və yaxud 75,4 %-ni daxili investisiyalar təşkil edib, 5 milyard 231,4 milyon manatı və yaxud 78,1 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.