AZ

İsrailin İrana zərbələri fonunda Avropada qazın qiyməti 4,5 faiz bahalaşıb

Bakı. Trend:

İsrailin İrana zərbələri fonunda Avropa birjasında qazın qiyməti4,5 faiz bahalaşıb.

Trend xəbərverir ki, Londonun ICE birjasının məlumatına görə, Niderlandın TTFhabında mavi yanacağın iyul fyuçerslərinin qiyməti min kubmetr üçün453 dollara yüksəlib.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinin 200-dən çoxqırıcısı gecə ərzində İranda yüksəkrütbəli hərbçilərinsığınacaqları da daxil olmaqla 100-dən çox hədəfə hücum edib.

Hücum nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH,İran Silahlı Qüvvələrinin elit bölmələri) komandanıgeneral-leytenant Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargahrəisi general-leytenant Məhəmməd Baqiri və Silahlı QüvvələrinMərkəzi Qərargahının (“Xatəm əl-Ənbiya” - hava hücumundan müdafiəqüvvələrinin qərargahı) komandanı general-leytenant Qulam Əli Rəşidöldürülüb. İranın Ali dini lideri Ayətullah Əli Xamenei İsrailinhərəkətlərinin cavabsız qalmayacağını deyib.

Seçilən
5
1
az.trend.az

3Mənbələr