AZ

Hökməlidə adam öldürməkdə şübhəli bilinən şəxs tutulub


İyunun 6-da Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində 1964-cü il təvəllüdlü Miribrahim Seyidovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Baş Prokurorluqdan bildirilib ki, ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Məhəmmədəli Muradovun bıçaqla xəsarətlər yetirərək Miribrahim Seyidovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Məhəmmədəli Muradov iş üzrə şübhəli şəxs qismində tutulub.

Mətləb

Seçilən
25
18
baki-xeber.com

10Mənbələr