AZ

Ölkənin ən böyük gözəllik festivalı Olifest uğurla baş tutub

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

8 iyun tarixində Bakı Bulvarında "Olivia" mağazalar şəbəkəsinin təşkilatçılığı ilə keçirilən "Olifest" festivalı 50 mindən çox ziyarətçini bir araya toplanıb. Festival çərçivəsində "Olivia"da satışda olan məşhur və eksklüziv brendlərin sərgisi təşkil olunub. Ziyarətçilər məhsulları test etmək, nümayəndələrdən məlumat almaq və xüsusi hədiyyələr qazanmaq imkanı əldə ediblər.

Festival ərazisində fotozonalar, xatirə divarı, face art zonası və xodulistlər günə xüsusi rəng qatıblar. Eyni zamanda, dörd fərqli sahədən dəvət olunmuş spikerlər gözəllik, baxım, astrologiya və digər mövzularda çıxış edərək festivalın maarifləndirici missiyasını gücləndiriblər.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Gecənin kulminasiyası isə Xalq artisti Aygün Kazımovanın iştirakı ilə baş tutan konsert proqramı olub.

"Olifest" festivalı çərçivəsində "Urban Care", "Ucla", "Golden Rose", "Belor Design", "Celenes", "Medipeel", "Ninelle", "The Purest Solutions", "Frudia", "Mizon" və "FarmStay" kimi brendlər xüsusi tərəfdaş kimi çıxış ediblər. Ümumilikdə isə onlarla brend bu festivalda iştirak edərək öz məhsullarını təqdim ediblər.

Ölkənin ən böyük gözəllik festivalı "Olifest" uğurla baş tutub

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
54
oxu.az

1Mənbələr