AZ

Il qrup üzrə ən yüksək nəticə göstərən abituriyent BANM in maliyyə ixtisasını seçir

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 iyun, AZƏRTAC

Il qrup üzrə ən yüksək nəticə göstərən Xədicə İsmayılzadə (680 bal) Bakı Ali Neft Məktəbinin (BANM) maliyyə ixtisasını seçir.

Buraxılış imtahanında da maksimum nəticə – 300 bal toplayan Xədicə Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) məzunudur.

BANM-dən AZƏRTAC-a bildirilib ki, rektor Elmar Qasımovla görüşdə Xədicə İsmayılzadə maliyyə ixtisası üzrə təhsil almaq istədiyini bildirib. Rektor bu seçimdən məmnunluğunu ifadə edərək Xədicəyə təhsil həyatında uğurlar arzulayıb.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Daha sonra kampus turu təşkil olunub. Strateji inkişaf üzrə prorektor Güldənə Hidayətli ali məktəbdəki tədris prosesi və tələbələr üçün yaradılmış imkanlar barədə danışıb.

Eyni zamanda, Biznesin idarə edilməsi kafedrasının müdiri Altay İsmayılov abituriyentlə görüşərək ətraflı məlumat verib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
4
azertag.az

5Mənbələr