İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciət edib.
Publika.az xəbər verir ki, Netanyahu İranla qarşıdurma uzun sürəcəyini bildirib.
“Biz çox uğurlu ilk zərbəni həyata keçirdik: yüksək komandanlığı vurduq, nüvə silahının hazırlanması ilə məşğul olan aparıcı alimləri vurduq və nüvə infrastrukturunu vurduq. Biz ciddi uğurlar əldə etmişik. Amma mən də başa düşürəm və siz bunu bilirsiniz ki, əvəzsiz müharibə yoxdur. Biz cəbhə xəttində uzun müddət qalmaqla üz-üzəyik", - hökumət başçısı bildirib.
O vurğulayıb ki, ölkə vətəndaşları çətinliklərə hazır olmalıdır: