Bakı. Trend:
Hindistanın “Air İndia” şirkətinə məxsus “Boeing 787 Dreamliner”tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərinsayı 297-yə çatıb.
Trend Hindistanmediasına istinadla xəbər verir ki, ölənlərin 229-u sərnişin, 12-sitəyyarənin heyət üzvüdür. Təyyarənin yaşayış məntəqəsində tibbkollecinin üzərinə düşməsi nəticəsində təhsil ocağının müəllim vətələbələrindən 56 nəfər də ölüb.
Bundan başqa, tibb kollecinin tələbə və müəllimləri arasındaitkin düşən və xeyli xəsarət alanlar da var. Qəza nəticəsindətəyyarədə olanlardan yalnız bir sərnişin sağ qalıb.
Qeyd edək ki, təyyarə iyunun 12-də Əhmədabad şəhərindən Londonauçmaq üçün səmaya qalxandan qısa müddət sonra yaşayış məntəqəsindətibb kollecinin binası üzərinə düşüb. Qəzanın dəqiq səbəbibilinmir. Hindistanın hüquq mühafizə orqanları faciəvi təyyarəqəzası ilə əlaqədar cinayət işinə başlayıb. “Boeing” şitkəri dətəhqiqata hər cür dəstək göstərməyə hazır olduğunu bəyan edib.Təyyarənin “qara qutu”larından biri tapılıb.
Bu, 2009-cu ildən istifadə olunan “Boeing 787 Dreamliner”təyyarələrinin üzləşdiyi ilk qəzadır.