AZ

İsrailin İrana hücumuna Trampdan REAKSİYA

ABŞ prezidenti Donald Tramp İsrailin gecə saatlarında İrana endirdiyi hava hücumlarından sonra açıqlama verib.

Day.Az Milli.Az-a istinadla xəbər verir ki, o, hücumdan əvvəl məlumatlı olduğunu bildirərək, İranın cavab verməsi halında ABŞ-ın İsraili müdafiə edəcəyini deyib.

"İranın nüvə bombasına sahib olmasına imkan verə bilmərik. Ümid edirik ki, danışıqlar masasına qayıdacağıq. Amma əgər İran cavab verərsə, İsraili müdafiə edəcəyik", - deyə Tramp vurğulayıb.

Xatırladaq ki, İsrail ordusu bu gecə İranın bir neçə əyalətinə və paytaxt Tehrana hava zərbələri endirib. Nəticədə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri, eləcə də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Hüseyin Salami həlak olub.

Seçilən
13
1
day.az

2Mənbələr