AZ

Alimlər mat qalıb: Bu gecə qəflətən maqnit qasırğası başlayıb

Yer kürəsində əvvəllər proqnozlaşdırılmayan maqnit qasırğası başlayıb.

Publika.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası gözlənilməz orta güclü tufan barədə məlumat verib.

İlk geomaqnit iğtişaşlar Bakı vaxtı ilə saat 00:00-da qeydə alınıb, onların səbəbləri hazırda bəlli deyil. Maqnit qasırğası bütün gecəni davam edib və səhərə qədər orta dəyərdən bir qədər yuxarı olan G2.3 həddinə çatıb.

Alimlər onu da bildiriblər ki, qasırğa iyunun 14-nə kimi böyük tac dəliyinin Günəşə təsiri ilə güclənə bilər. Mütəxəssislər hələ fırtınanın müddəti və gücü ilə bağlı heç bir proqnoz verməyiblər, lakin qeyri-sabit geomaqnit vəziyyət 2-3 gün davam edə bilər.

Seçilən
48
1
publika.az

2Mənbələr