AZ

Türkiyə təhsil sistemində tədris müddəti neçə il olur? - ARAŞDIRMA

Türkiyənin təhsil sistemi - Türkiyə Respublikası sərhədləri daxilində fəaliyyət göstərən ibtidai, orta, tam orta və ali təhsil müəssisələrində tədris edilən təhsil sistemidir. Təhsil Nazirliyi, Türkiyə Respublikası Konstitusiyasında qəbul edilmiş mərkəzi hökumət siyasətinə uyğun olaraq bütün təhsil fəaliyyətlərinin həyata keçirilməsindən məsuldur.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, məktəbəqədər təhsil müəssisələri 36-72 aylıq uşaqları istəyə bağlı təhsillə təmin edir.

Məktəbəqədər təhsil doğuşdan icbari təhsil yaşına qədər uşaqların inkişaf xüsusiyyətləri, fərdi müxtəliflikləri və qabiliyyətləri nəzərə alınaraq, uşaqların fiziki, emosional, dil, sosial və zehni inkişafının sağlam bir şəkildə təmin edilməsi, müsbət şəxsiyyət təməllərinin yaradılması və yaradıcılıq cəhətlərinin üzə çıxarılması üçün nəzərdə tutulmuşdur.

17 yaşa qədər zehni inkişafın 50%-nin 4 yaşa, 30%-nin 4-8 yaşa, 20%-nin isə 8-17 yaş arası inkişaf etməsi məqsədilə, məktəbəqədər təhsil müəssisələri uşaqların fiziki inkişaflarını sürətləndirmək üçün yaradılıb.

Məktəbəqədər təhsil ilə bağlı xidmətlər ilk növbədə Təhsil Nazirliyi tərəfindən açılan uşaq bağçaları və uşaq evləri tərəfindən həyata keçirilir. 

İbtidai təhsil: İbtidai təhsil 4 il davam edir. İlk əvvəl şagirdlər 3 aylıq hazırlıq müddətinə qəbul edilir. Daha sonra ikinci sinifdən etibarən ingilis dili, dördüncü sinifdən başlayaraq isə Din mədəniyyəti və Əxlaq bilgisi fənləri məcburi olaraq tədris edilir.

Natamam orta təhsil 4 il davam edir. IV sinifdən artıq Natamam orta təhsil üçün qeydiyyatlar başlayır. Natamam orta təhsil müəssisələrinin məqsədi şagirdlərə peşə və ya bacarıqlara istiqamətlənən təhsil verməkdir. Burada məcburi fənlərdən əlavə seçimli fənlər də var.

Tam orta təhsil müəssisələrinə liseylər aiddir. Tam orta təhsil müəssisələrinə qəbul 8-ci sinifdən başlayır. Türkiyədə ali təhsil müəssisələri bakalavr, magistratura və doktrantura üzrə tələbələrə ali təhsil verməkdədir. Ali təhsil müəssislərinin iki tipi vardır: Dövlət ali təhsil müəssisələri və özəl ali təhsil müəssisələri. Bakalavr dərəcəsi üzrə təhsil müddəti 4 il (bəzi ixtisaslar 5–6 il), Magistratura üzrə 2–3 ildir.

Türkiyədə hal-hazırda 190 universitet var. Bunlardan 114-ü dövlət universiteti, 76-sı isə özəl universitetdir. Türkiyənin ən qədim universiteti İstanbul Universitetidir. Universitetin əsası 30 may 1453-cü ildə Osmanlı sultanı Fateh Sultan Mehmet tərəfindən qoyulub.

Türkiyə təhsil sistemi struktur baxımından müasir, pilləli və rəqabətli bir modelə əsaslanır. Ölkədə 12 illik məcburi təhsil tətbiq olunur və təhsil dövlət və özəl məktəblərdə aparılır. Müxtəlif lisey növləri (elmi, peşə, dini) və universitet qəbul imtahanları (YKS, YÖS) ilə tələbələr maraq və bacarıqlarına uyğun istiqamətləndirilir. Son illərdə rəqəmsal texnologiyaların təhsilə inteqrasiyası (məsələn, Fatih Projesi) da sistemin inkişafına təkan verib.

Ümumilikdə, Türkiyə təhsil sistemi dinamik, şaxələnmişinkişafda olan bir model kimi həm yerli, həm də xarici tələbələr üçün cəlbedici imkanlar təqdim edir.

Seçilən
22
azedu.az

1Mənbələr