AZ

Gömrük borcu ilə bağlı yeni qayda

Gömrük borcunun ödənilməsi ilə bağlı yeni qayda müəyyən edilir. 

Ölkə.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. 

Qeyd olunub ki, layihə gömrük borcunun ödənilməsi sahəsində məsul subyektlərin dəqiq müəyyənləşdirilməsi məqsədi daşıyır.

Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 148.3.4-cü maddəsinə əsasən gömrük ödənişlərini ödəmək malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin vəzifəsidir. Məcəllənin 245.1-ci maddəsinə əsasən isə bəyannaməçi gömrük borcunun ödənilməsinə görə məsul şəxs hesab edilir. Belə olduğu halda Məcəllənin “gömrük borcu istənilən maraqlı şəxs tərəfindən ödənilə bilər” müddəasının dəqiqləşdirilməsinə ehtiyac duyulur. Normaların qarşılıqlı təhlilindən də göründüyü kimi gömrük borcunun istənilən maraqlı şəxs tərəfindən ödənilməsi, bəyannaməçinin gömrük ödənişlərini ödəmək vəzifəsini istisna etmir, başqa sözlə bəyannaməçi gömrük borcunun ödənilməsinə görə məsul şəxsdir. 

Seçilən
31
24
olke.az

10Mənbələr