AZ

Ərdoğanın partiyası İsrailin İrana hücumunu pislədi


Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) İsrailin İrana hücum etməsini pisləyib. Bu barədə hakim partiyanın sözçüsü Ömer Çelik “X” sosial media hesabında yazıb. Ömer Çelik İsrailin İrana hücumunu açıq aqressiya adlandırıb və kəskin şəkildə qınadığını bəyan edib.
Sözçü qeyd edib ki, ABŞ və İran arasında danışıqlar davam edərkən İsrailin bu hücumu həyata keçirməsi İsrailin bütün diplomatik səylərdən yayındığını göstərir.

Mətləb

Seçilən
6
8
baki-xeber.com

9Mənbələr