İsrailin İrana endirdiyi zərbələr nəticəsində ağır yaralanan ölkənin Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şamxani ölüb.
Tribunainfo.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.
Xatırladaq ki, İsrail ordusu bu gecə İranın bir neçə əyalətinə və paytaxt Tehrana hava zərbələri endirib. Nəticədə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri, eləcə də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Hüseyin Salami həlak olub.